Yaşadıqları evdə müğənni və rəqqasənin meyiti AŞKARLANDI

Şou-Biznes

Gəncədə evdən 2 nəfərin meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, yaşadıqları evdə meyiti tapılan şəxslərin 1989-cu il təvəllüldü Əliyev Turxan Tofiq oğlu  və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızı olduqları məlum olub.  23 yaşlı A. Abdullayevanın rəqqasə olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.