Manafa görə polkovnik işdən çıxarıldı
- 7-03-2022, 16:49
- 555
Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.Milli.Az