"Sizə heç kəfən qismət olacaq?" - Anasını itirən Zenfira
- 9-11-2021, 22:32
- 580
Bu sözləri bir neçə gün əvvəl koronavirusdan anasını itirən müğənni Zenfira İbrahimova sosial şəbəkədə yazıb. Müğənni onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:
"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, "Nə bilirsən anan cənnətdədir?" Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhmətiylə bir otağda, müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu bir zamanda 3 övladı tək böyüdə. Nə zülmlə boya-başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib. Alın təriylə, zəhmətlə böyüdüb bizi. Məgər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, nəslinizə çönüb baxmırsınız? Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?
Anamla nəfəs almışam, onu bu soyuq silahla itirmişəm. Görüm sizin əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!
And olsun Allaha, kimliyindən asılı olmayaraq hansısa bir səhifədə artıq söz görsəm, o insanı tapmasam, mən adımı dəyişərəm. Sizi Allaha tapşırıram! Özü mühakimə edəcək onsuz. Dünyasını dəyişən insanın arxasınca danışırsızsa, geniniz xarabdır, siz insan ola bilmərsiniz.
Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız, inşallah. Səviyyəsizlər, nəslindən xəbəri olmuyan binamuslar".