"Atamın bizdən başqa qızı da var"
- 3-06-2021, 14:46
- 1 514
“Həmin Zaur” proqramında qonaq olan ifaçılar atalarının nikahdankənar dünyaya gələn bacıları ilə əlaqələrinin olduğunu deyiblər.
Sevinc Səfərova bildirib ki, Alana adlı xanım Rusiyada ailə həyatı qurub:
“Mərhum atamın Rusiyada yaşayan Alana adlı qızı var. Bacımızdır. Anası rusdur. 20-dən çox yaşı var. Görüşmüşük. Bakıya heç vaxt gəlməyib, orada ailə qurub. Bir-birimizə çox oxşayırıq. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı. Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər”.