İbrahim Erkal vəfat etdi
- 12-05-2017, 12:03
- 86 402
Ailəsi sənətçinin rəsmi “facebook” səhifəsində onun öldüyünü paylaşmışdı: “Dəyərli sənətçimiz İbrahim Erkal səylərimizə baxmayaraq dünyasını dəyişib. Dualarımız bir, diləyimiz tək olsun. Başımız sağ, məkanı cənnət olsun”.
Daha sonra ailənin paylaşımını müğənninin olduğu xəstəxana təkzib etmişdir.
Onun həkimi Necdar Sağlam Erkalın beyninin öldüyünü açıqlamışdır. Bildirmişdi ki, sənətçi aparata qoşulub və ürəyi, digər orqanları fəaliyyətdədir.
Lakin bütün səylərə baxmayaraq İbrahim Erkal dünən axşam dünyasını dəyişib.
50 yaşlı sənətçi müalicə olunduğu xəstəxanada vəfat edib.