"Gəlinin borcudur ərindən əvvəl, qayınanadan icazə alsın" - Dilarə Əliyeva
- 27-05-2021, 17:35
- 1 264
Bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında deyib. Aktrisa gəlin-qayınana münasibətlərindən danışıb:
"Hörmət saxlamaq başqa necə olur? Gəlin var evdən gedir, qayınanaya demir. Kollektiv yaşamağa öyrəşməlisiniz. Evdə ola bilməz ki, öz paltarını yuyub, qayınananınkin yumayasan. Özündən əvvəl qayınananı düşünməlisən. Evə getmək havası ilə gələn gedəcək. Nə edirsən et, gedəcək. Yola getmək istəyən isə o tərəfinə, bu tərəfinə keçəcək, bir üsulunu tapıb yaşayacaq".