"Namusumla bağlı nəsə deyirsənsə..." - Günel
- 24-05-2021, 14:17
- 1 189
Bu sözləri müğənni Günel Zeynallı “ATV maqazin onlarla” verilişində deyib. Sənətçi şəxsi həyatı ilə bağlı suala isə belə cavab verib:
"Bəziləri deyir, bəxtsizsən, Allah çirkin şansı verərdi. Heç bir qadın çirkin deyil. Həyatda bəzi şeyləri yaşamalı idim, yaşadım. Alnım açıq, başım dik yaşayıram. Bəxdim nə zaman yazılıbsa, nə sən, nə mən bilirəm. Bəlkə yalnız öləcəm. Bəzi şeylər həyatımda olub, dərs götürmüşəm. Demirəm, yaxtam, təyyarəm, orada villam olsun. Çox şükür, qazanmışam, hər şeyi də etmişəm. Bir qadın hüzur, rahatlıq istəyir. Bir kişinin ona verə biləcəyi şey dəyərdi. Xəyanət etməsin. Yalan deyib, etiraf etdiyi üçün bağışlayaram. Yalan deyir, başqasından eşidirəmsə, necə keçim? Kimə nə mənim həyatımdan? Atam, qardaşım, ailəm və özüm bilərəm. Bir də gələcək həyat yoldaşım bilər".