Xalq artisti Rəqsanə və əkizlərə səsləndi: "Sənəti tapdalamayın"
- 21-05-2021, 11:12
- 1 039
Bu sözləri Xalq artisti Səməd Səmədov müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib. Sənətçi Rəqsanənin Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.
S.Səmədov Sevil və Sevinc Səfərova bacılarının "Rusiyada göyərti qiymətinə oxuyurlar" sözlərini də tənqid edib:
"O ki qaldı ucuz, göyərti qiymətinə toya getməyə... Məsləhət görməzdim belə deyilsin. Göyərti qiymətinə getsələr də, deyin 10-20-30 minə toya gedirlər. Tapdalamayın... Musiqiçi dostlardan xahiş edirəm, bizim sənəti tapdalamayın".