İkinci dəfə evlənən Hüseyn: "Hamı məni təhqir etdi"
- 11-03-2021, 17:33
- 1 026
Bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Birə-bir" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasına görə təhqir edildiyini söyləyib:
"Gündəmə gəlmək istəsəydim, paylaşmalı çox şey var. Kimsə, hansısa izləyici məni qınayırsa, açıqlama verməliydim. Bildirməliydim ki, başqa mövzudur".
Qeyd edək ki, Hüseyn ilk həyat yoldaşı İnci ilə ötən il ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Musiqiçinin birinci nikahdan iki qız övladı var.