Məşhurlar 8 Martda nə qədər qazanacaqlar?
- 2-03-2021, 12:09
- 698
Məsələ ilə bağlı "MTV Azərbaycan"ın əməkdaşları məşhurlar arasında sorğu keçirərək həmin gün qazanacaqları qonorarı öyrəniblər.
Xalq artisti Aygün Kazımova 1 saatlıq çıxış üçün 15 min manat məvacib alacaq.
Xalq artisti Miri Yusif isə bir restoranda çıxış edəcək və külli miqdarda qonorar alacaq.
20-dən çox restorandan təklif alan müğənni Səidə Sultan 5 məkanla razılaşıb. O, yarımsaatlıq çıxışa görə 2 min manat qazanacaq.
Nura Suri müxtəlif məkanlarla razılaşsa da, daha sonra onları təxirə salıb.
Niyam Salami isə öz restoranında çıxış edəcək. O, bunun üçün avtomobilini də satışa çıxarıb.