"Virusun bəy və gəlini görən gözü yoxdur" - Nadir

Şou-Biznes

Müğənni Nadir Qafarzadə pandemiyaya görə toyların keçirilməsinə 1 ildir icazə verilməməsini qınayıb.

Toy görüntüləri paylaşan sənətçi bunları yazıb:

"Toylar üçün darıxan var? Deyilənə görə, virus yalnız toyda yayılır, nə bilim. Virusun bəy və gəlini görən gözü yoxdur. Deyir, iti görüm, qurdu görüm, ancaq bəy-gəlini görməyim".