Flora Kərimova 27 illik sirri açdı: “Həmin mötəbər şəxs mənim yanımda kabinetdə...”
- 20-01-2017, 23:12
- 5 065
F.Kərimova bildirib ki, müstəqilliyimiz əleyhinə səs verənlər 20 Yanvar şəhidlərinin ruhundan və xalqdan utanmadan özlərini yalançı qəhrəman kimi aparırlar. Həmin vaxt meydandakı aksiyaçılarda silah olması iddiasına da F.Kərimovadan cavab gəlib: “Yalandır. Heç kimdə adi tapança belə olmayıb. Polislərdən də silahları almışdılar. Orda olan insanların silahı əqidəsi idi. Sovet qoşunları o silahdan qorxurdular. Bundan başqa da silahımızın olmasına haqqımız vardı. Təsəvvür edin ki, kimsə gəlib girib evimizin içinə, ailə üzvülərimizə silah dayayıb. Bizim haqqımızdır ki, ailəmizi, evimizi qoruyaq. Amma silah olması iddiası yalandır. Heç kimdə silah olmayıb. Hətta insanlardan mətbəx bıçaqlarını da alırdılar. Bıçaqla da gəlmək mümkün deyildi. Necə ola bilər ki, xalqda silah olsun? Xalq əqidəsi, dönməzliyi ilə silahlanmışdı. Mən sizə onu da əminliklə deyirəm ki, daxildə də bizim düşmənlərimiz az deyil”.
F.Kərimova maraqlı faktı da ilk dəfə Cebhe.info üçün açıqlayıb: “Mən ilk dəfədir bunu sizin sayt üçün deyirəm. Sovet vaxtı, İçərişəhərdə bir idarə vardı. Çox mötəbər bir adamın kabinetində idim. 20 yanvar ərəfələri idi. Gəldilər elə mənim yanımda ondan bütün Bakının xəritəsini, planını aldılar. Harada nə yerləşdiyini bilmək istəyirdilər. O da verdi, başa düşürsünüz? O adam kimdir, ondan xəritəni kimlər aldı, xahiş edirəm ki, bu barədə heç nə soruşmayın. Amma mən çox şeyləri bilirəm. Xəritəsiz da onların satqınları var idi, onların vasitəsilə artıq Bakıda nələrin harda olduğunu bilirdilər. Mən çox üzülürəm, hər dəfə 20 yanvarda içim qan ağlayır. Xalqımıza dərin hüznlə “başımız sağ olsun” deyirəm. Bu il də ümidlərimizi gələn ilə bağlayaq ki, qisas alaq, işğaldan azad olunmuş torpaqlarımıza qayıdarıq. Allah şəhidlərimizə rəhmət eləsin!” cebhe.info