Nazilə Səfərli Siyavuş Novruzovu ələ saldı: “Xınayaxdıya gedə bilərəm?“

Şou-Biznes

Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli ötən gün sözləri ilə gündəmə çevrilən millət vəkili Siyavuş Novruzovu ələ salıb.

Sosial şəbəkə hesabında deputatın “Jurnalistlərdən xahiş edirəm, məni siyasətə qatmasınlar” fikirlərini paylaşan şairə yüzlərlə şərh alıb.

O, deputatın fotosunu paylaşaraq bu sözləri yazıb:

“Siyavuş müəllim, evlərdə gizlin təşkil olunmuş xınayaxdıya dəvət edirlər, qorxumdan gedə bilmirəm. Məni ən gözəl siz başa düşərsiniz. Şənlik bazarı çöküb. Toylar rəsmi olaraq nə vaxt başlayacaq? Bu siyasi sual deyilsə, lütfən, cavab verin”.(Yenisabah.az)