Azərbaycanlı müğənni ailəsilə birgə KORONAVİRUSA YOLUXDU

Şou-Biznes

Müğənni Elçin Hüseynov və ailəsi də koronavirusa yoluxub. Lent.az -a açıqlama verən ifaçı bildirib ki, hazırda vəziyyətləri normaldır: “Böyük bir sınaq keçirirəm. İnsan bir daha Allaha yaxınlaşır. Hər zaman olduğu kimi, yenə də Dualarım səngimir. İnsanlar özlərini qorusun. Bu virusa hələ də inanmayanlar varsa, inansın. Çünki çox təhlükəli xəstəlikdir. Özünüzü qoruyun, qaydalara əməl edin”.