"Kasıb taksidən deyil, ayaqlarından istifadə etməlidir"
- 10-09-2020, 13:23
- 1 371
Bu sözləri aparıcı Cavid Gül sosial şəbəkədə yazıb.
Aparıcı son günlər taksi qiymətlərinin artırılması ilə bağlı yazılan qalmaqallara toxunub: "Kasıb insan bəli, məcbur olmadığı halda taksidən deyil, ictimai nəqliyatdan, velosipeddən, ya da 11 nömrədən (ayaqlarından) istifadə etməlidir. Bəs ayağı olmayan? Fiziki əngəlli insanlarımız neyləsin? A nöqtəsindən B nöqtəsinə getmək üçün hansı üsuldan istifadə etsin? Ona görə hamıya sərf etdiyi üçün taksi qiymətləri dəyişilməz olaraq qalsa, daha yaxşı olar".