"Şeron" qrupunun rəhbəri dünyasını dəyişdi

Şou-Biznes

"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov dünyasını dəyişib.

O, 42 yaşında bu gün vəfat edib.

Qrupun solistlərindən olan Ülvi Cəfərov bildirib ki, Tərlanın heç bir xəstəliyi yox idi:

"Xəbəri indi almışam. Məscidə gəldim. Xəstə deyildi, nədən ölüb bilmirik. Ailəsi deyir ki, qəflətən oldu".

Qeyd edək ki, Tərlan eyni zamanda saz ifaçısı idi.