Karantini pozan xanım müğənni polis bölməsinə aparılıb - FOTO

Şou-Biznes

Binəqədi rayonu Abay Kunanbayev küçəsi “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi RPİ-nin 5 ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri müğənni Nəfəsdir.

Əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.