"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı
- 1-07-2020, 18:27
- 1 925
Bu sözləri aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi boşandığı üçün onu tənqid edənlərə cavab verib:
"Ayrıldım deyə, qınayırlar. İnsan yaşamadığı müddətdə qarşısındakını başa düşə bilməz. Oğullarım mənimdir, qardaşdırlar. Bu gün olmasa da, sabah onlar bir yerdə oturub-duracaqlar. O günlərin arzusu ilə yaşayıram".
Fərda artıq çəki almasından da bəhs edib. O bildirib ki, sosial şəbəkədə kökəldiyi üçün ona təhqirlər yazırlar:
"Su da içirəm kökəlirəm. Çox tənqid edilirdi ki, kökəlmisiniz. Ondan sonra başladım pəhrizə".