Müğənni qarət olunub - “Hər şeyi aparıblar”

Şou-Biznes

Müğənni Kərim Abbasov qarət olunub.
Bu gecə sənətçinin maşının şüşələri sındırılıb. Müğənni maşında ona məxsus olan bütün əşyaların öğurlandığını qeyd edib:
“Hər şeyi aparıblar. Heç olmasa disklərimi və planşetlərimi aparmayaydılar. Onların içində mənim bütün mahnılarım, bir sözlə 15 illik əməyim getdi”.
Müğənni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyini bildirib.