"Altı aydır ki, pul üzü görmürəm" - Faiq Ağayev
- 30-06-2020, 12:12
- 1 748
Bu sözləri Xalq artisti Faiq Ağayev “Fatehin divanı” proqramında qonaq olarkən bildirib.
Ağayev karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb:
“Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək”.