"Kişi xanımından başqa qadınla cinsi əlaqədə olursa xəyanət sayılmır"
- 25-06-2020, 14:39
- 2 268
Bu sözləri müğənni Nura Suri "Ulduzun vaxtı" proqramında deyib.
Sənətçi xəyanətdən danışıb: “Əgər evinə qayıdırsa, hətta mən hiss etsəm də, üzünə vurmaram. Özümü onun getdiyi qadının səviyyəsinə salmaram, söhbəti böyütmərəm. Görməzlikdən gəlsəm, həmişə içində mənə qarşı sevgisi və hörməti olacaq. O qadın ki, var başlayacaq xəyanətdən sonra kişinin beynini yeməyə, onda içində rahatlıq yaranacaq ki, əcəb elədim. Kişilər fərqlidir. 3 oğul böyütmüşəm deyə belə rahat danışa bilirəm. Qadın bunu etməməlidir, hissləri ilə daha çox addım atmalıdır”.(open.az)