"Qadın sevdiyi kişinin cinayətlərini belə ilahiləşdirər”

Şou-Biznes

Müğənni Nigar Camal instaqramda qadınlarla bağlı paylaşımı ilə diqqət çəkib.

Sənətçi hesabında öz fotosunu paylaşaraq sevgi münasibətində qadınların daha fədakar olduğunu, sevdiyi şəxsin hər mənfi xüsusiyyətlərini qəbul etdiklərini vurğulayıb.

“Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər”, - deyə Nigar qeyd edib.