Sabahın hava proqnozu açıqlandı
- 14-03-2020, 14:23
- 2 692
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 6-9° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında da sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.