“Sevgi iki nəfərin arasındadır, danışsam, nə olar?”
- 29-01-2020, 17:27
- 1 558
Bu sözləri Xalq artisti Nəzakət Teymurova “Show News”a açıqlamasında söyləyib.
O, sevgi məsələsində həssas olduğunu dilə gətirsə də, qısqanc olması barədə sualı cavablandırmayıb:
“Biz də insanıq, problemlərimiz olur. Çatışmayan şeylər çoxdur. Ancaq insanlara həmişə pozetiv enerji veririk. Hər dəfə yatanda dua edirəm ki, Allah qəlbimə sevgi versin. Hər kəsə sevgi ilə baxanda dünya gözəlləşir. Bu gün ətrafımda hər kəs deyir ki, oğlanın evi, maşını olmalıdır. Düşünsünlər ki, hər şeyə qoşa addımlamaq lazımdır. Sevgi maddiyyatla bağlı olanda düzgün olmur. Hər kəsə duyub sevməyi arzulayıram. İnsan hər şeyə real baxmaq istəyir. Sözsüz ki, içimdə sevgi qalıb. Sevgi iki nəfərin arasındadır, qarşılıqlıdır. Amma onu durub danışsam, nə olar?”.
N.Teymurova “Həyat yoldaşınızın adını telefona necə yazmısınız” sualına isə “Sevdiyim adamın adını telefona yazmıram, o ürəkdədir” deyə, cavab verib.