SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

Tarix:

21-01-2020, 14:02

/ 2 144 dəfə oxundu.
Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

"Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub...
Qafqazinfo-nun məlumatına görə, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib.

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarından birində baş tutub. Məclisə çox az sayda qonaqlar dəvət olunub və mediaya qapalı keçirilib.

Səbəbkarlar qonaqlardan şad günləri ilə bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər.

Qeyd edək ki, R.Haşımov Xalq artisti Ceyran Haşımovanın oğludur. O, bir müddət əvvəl həyat yoldaşı ilə yollarını ayırıb. Onların bu nikahdan iki övladı var və Əməkdar artist eyni zamanda, nəvə sahibidir.

Şərhlər

XƏBƏR LENTİ