"Youtube" Azərbaycanda ilk "Qızıl buton"u Üzeyirə göndərdi
- 13-01-2020, 15:48
- 1 386
Buna səbəb sənətçinin "Youtube"da izləyicilərinin sayının 1 milyonu ötməsi olub. Azərbaycanda ilk dəfə sözügedən mükafatı alan şəxs məhz Üzeyir olub.
"Uğurlarımıza sevinən hər kəsi təbrik və təşəkkür edirəm. Azərbaycana ilk dəfə "Youtube"dan "Qızıl buton" gəldi. Uğurlarımızın davamı gəlsin. Həqiqət bizimlə olsun" deyə, sənətçi bildirib.