Azərbaycanlı müğənni ağır qəzaya düşdü - FOTO

Şou-Biznes

Yeni ulduz” mahnı yarışmasının qalibi, müğənni Vüqar Muradovun “Instagram”da tanınmaz halda fotosu yayılıb.

İfaçının avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı yayılan şəkildən aydın sezilib.

Üz nahiyəsinin tamamilə bintə sarılaraq, qanlı olması görənləri sarsıdıb.
Vüqar hazırda şəhər xəstəxanalarının birində ciddi həkim nəzarətindədir. Onun vəziyyətinin ağır və qana ehtiyacı olduğu bildirilib.

Vüqar Muradovun şəklini “Instagram”da “show_clab” səhifəsi yayımlayıb.