Aybəniz Haşımova kürəkəninin fotosunu paylaşdı
- 24-12-2019, 12:17
- 2 965
Fotoda müğənninin qızı ilə yanaşı kürəkəni, bacısı Şahnaz Haşımova və qayınanası yer alıb.
"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".