Oqtay Əliyev Kərimi məhkəməyə verdi
- 18-12-2019, 16:03
- 1 857
Bu gün ilk iclas baş tutub və hakim işi məhkəmə icraatına götürməkdən imtina edib. Həmçinin, K. Abbasov instaqramda mövzu barədə status yazıb:
“Erməni kəliməsinə görə məni məhkəməyə vermişdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Oqtay müəllim, yazdığım sms-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da (Əməkdar artist Dilarə Əliyeva) doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, pazan ayrı. Qardaşınızla (aparıcı Elçin Əlibəyli) aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.
Qeyd edək ki, Kərimlə aparıcı E. Əlibəyli arasında uzun müddətdir qalmaqal yaşanır.