Ay Allah, mənim nə maraqlı həyatım var
- 18-12-2019, 11:19
- 1 636
Bu sözləri “Show News”a açıqlamasında müğənni Nura Suri deyib.
O söyləyib ki, haqqında gəzən xəbərlər onu maraqlandırmır:
“Hərdən haqqımda o qədər şey danışırlar, deyirəm ki, ay Allah, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Haqqımda gəzən şayiələr qulağıma çatanda özümü Hürrəm kimi hiss edirəm. Əvvəllər əsəbiləşirdim. Çünki anam məni narahat edirdi ki, sənin haqda filan şey yazıblar. Axırda başa saldım ki, onsuz da hamı üçün danışırlar. Biz dedi-qodunu xoşlayırık. İndi haqqımda danışırlarsa, bu da uğurumdur. Hansısa nəaliyyətim var ki, mənə qarşı qıcıq, paxıllıq var. İnsanı tanımırsan, amma sənə qıcığı var. Bu, normaldır”.