Sərdar Ortaç yenidən evlənir

Şou-Biznes

Məşhur müğənni Sərdar Ortaç yenidən ailə həyatı qurmağa hazırlaşır...
Bu barədə “Tv8”də yayımlanan “Gel konuşalım” adlı verilişdə iddialar səsləndirilib.

İddiaya görə, müğənni bu ilin avqust ayında boşandığı model Xloe Lounqhan ilə yenidən evlənməyə hazırlaşır. Aparıcı Cengiz Semercioğlu bildirib ki, müğənni keçmiş həyat yoldaşı ilə 3 həftə öncə yenidən bir araya gəlib və ona evlilik təklifi edib. Model isə bu fikri müsbət qarşılayıb.

Qeyd edək ki, boşandıqdan sonra həm Sərdar Ortaçın, həm də Xloe Lounqhanın başqa biri ilə eşq yaşadığı barədə xəbərlər gündəmə gəlmişdi.