Nazənin: "Məmurun nəvəsinin nişanında arvadlar üstümə şığıdı"
- 26-11-2019, 14:32
- 1 257
Bunu müğənni Nazənin "Hər şey daxil"in efirində insanların musiqi zövqündən danışarkən deyib.
Müğənni sözügedən olayın tanınmış bir məmurun nəvəsinin nişan mərasimində baş verdiyini sözlərinə əlavə edib:
"Bir məmurun nəvəsinin nişanı idi. And olsun Allaha, 3 mahnıdan sonra arvadlar bir şığıdılar üstümə ki, "Ceyranım"ı oxu. Yəni, o çox az çəkdi. Bir də axıra yaxın bir-iki mahnı belə, vəssalam, onunla da bitdi. Heç kəs durub oynamırdı".