Nadir Qafarzadədən “Xalq artisti” alanlara sərt etiraz: “Haqq-ədalət...”
- 22-10-2019, 10:54
- 1 425
Həmkarlarının fəxri ad alması müğənni Nadir Qafarzadəni qəzəbləndirib.
Sosial şəbəkədə video paylaşan tanınmış ifaçı sərt fikirlər səsləndirib. O, paylaşdığı videoya aşağıdakı sözləri yazıb:
"Bir daha dünyaya gəlmək şansım olsaydı, haqq-ədalət olmayan ölkədə doğulmaq istəməzdim".
İzləyiciləri isə paylaşıma şərh yazaraq Nadirə dəstək olublar. Onlar müğənniyə heç bir fəxri adı olmasa da, xalqın sevimlisi olduğunu, milyonların sevgisini, hörmətini qazandığını deyərək təsəlli veriblər.
Bir neçə dəqiqə sonra isə Nadir bu paylaşımı İstaqramdan silib.