Məşhurlarımız Fədayə Laçın üçün birləşdi – Azadlıq istədilər
- 24-09-2019, 12:45
- 1 212
Azərbaycanlı məşhurlar da Mirşahinin sözlərini dəstəkləyib. Onlar sosial şəbəkədə Fədayə Laçın üçün birləşiblər.
Məşhurlar arasında əməkdar artistlər - Röya Ayxan, Lalə Məmmədova, müğənni Rəqsanə İsmayılova, Bahar Lətifqızı Fədayə Laçına dəstək olublar.
Lalə Məmmədova:
“Bəlkə Fədayəni də sədaqətinə bağışlayarlar. Kaş ki...”
Röya Ayxan:
“Əhsən! Mirşahin, təşəkkürlər. Hamımız bir səs olaq Fədayəni azad edək, sədaqət payından ona da bəxş edək”
Bahar Lətifqızı:
“İnşallah, böyük Allahımız sənin, mənim, Fədayə sənətini sevənlərin, ən başda isə anasının, doğmalarının səsini eşidər. Mən çox dua edirəm, Fədayəmiz tezliklə azad olsun”.
Rəqsanə İsmayılova:
“Allah qapısını açsın, Allah köməyi olsun. İnşallah, tezliklə “Fədayə azadlıqdadır” eşidərik. Çox gözəl sənəti var Fədayənin. İndi oxumağı bilməyənlər at oynadır”.
Xatırladaq ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.