Afaq Aslana evlilik təklifi: "Ailəm sənə qurban"

Şou-Biznes

ARB telekanalının "Sayqa ilə" verilişinin qonağı Afaq Aslan olub.Verilişin ənənəsinə uyğun olaraq bu dəfə də verilişdə Afaq Aslana evlilik təklif olunub.
Modellik məktəbindən Afaq Aslana aşiq olduğunu deyən bir gənc ifaçıya evlilik təklifi edib.
O, ailəmi və əzizlərimi sənə qurban verərəm deyərək, Afaqın qarşısında diz çöküb.
Hə cavabı ala bilməyən gənc öncə ağlamağa başlayıb, daha sonra ürəyi gedib.
İzləyicilər isə belə saxta şouları sosial şəbəkədə kəskin tənqid edib.