“Ərim toylara getməyimə icazə vermir”
- 2-07-2019, 12:31
- 1 211
Bu sözləri Əməkdar artist Bəyimxanım Vəliyeva “Boş anlar” proqramında qonaq olarkən deyib. Tanınmış xanəndə verilişdə həyat yoldaşının ona qoyduğu qadağalardan söhbət açıb. 5 uşaq anası olan sənətçi toylara getmədiyini bildirib:
“Özüm ağır təbiətli insanam. Geyimlərimə də diqqət edirəm. Evlənməzdən öncə toya gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım. Ona görə də, bəzi nüanslardan keçməlisən. Bu zaman iddialarım ikinci plana keçir”.
B. Vəliyeva proqramda estetik əməliyyata müraciət edən xanımlardan da danışıb: “Süniliyi sevmirəm. Amma bəlli yaşdan sonra ehtiyac olsa, elətdirmək olar. Dodaq dolğusu və s. Yox, xırda bir prosedurlar ola bilər. Heç sevmirəm, hamı eyni olub. Dodaq, yanaq, qaşlar... Hər yaşın öz gözəlliyi var. Gənc qızlardır, amma süni görünürlər. Kiprik, qaynaq, qaş, dahal nələr edirlər. Bəylərimiz təbii xanımları sevirlər”.