Sevda ikinci ərindən də boşandı

Şou-Biznes

Azərbaycanlı müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmildən boşanıb.

Bu barədə ifaçının özü İnstaqramda paylaşım edib.

O, subaylığın sultanlıq olduğunu bildirib: “Əgər fikirləşirsiniz ki, xoşbəxt olmaq üçün ikinci şəxsin olmağı mütləqdir, yanılırsınız! Bunun üçün özünüz yetərsiniz, ikinci şəxs isə xoşbəxtliyi bölüşmək üçündür. Subaylıq sultanlıqdır”.

Qeyd edək ki, Cəmil Sevdanın ikinci evliliyi idi.