İlkin Bakı Nəqliyyat Agentliyini tənqid etdi: “Dərəbəylikdir” - Video
- 3-06-2019, 16:35
- 1 184
Həsəni “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətin bərbad olduğunu dilə gətirib:
“Yenə həftəsonu “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma...”
Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.