“Əzablı sevgi yaşamaqdansa, subay qalmaq yaxşıdır”

Şou-Biznes

“Heç vaxt botoks etdirmərəm. Evdə əsəbi vaxtımı düşünmək lazımdır. O zaman mimikalarım oynayır”. Bu sözləri Əməkdar artist Röya Ayxan “İdeal saat” yutub layihəsinə qonaq olarkən deyib.

Müğənni qeyd edib ki, lazerlərin hamısını narkozla etdirir:

“Baxım üçün mezolar belə elətdirmirəm. İynədən qorxuram. Özüm özümə iynə vururam. Heç kim mənə iynə vura bilməz.Onu əvəz edən sular var, 800-900 manat verib alıram, istifadə edirəm. Mən lazerlərin hamısını narkozla etdirirəm. Ağrıya dözümüm yoxdur, şiddətli heç nəyi sevmirəm.

Evimdə lazer aparatı belə var. Subay vaxtlarımda tez-tez edirdim, indi isə ortalıqda qalmışam. Gərək aşiq olum ki, evdə bir-iki saata dırnaqlarımı filan qaydasına salım. Əzablı sevgi yaşamaqdansa, subay olaraq ortalıqda qalmaq yaxşıdır”.