Orxan Gəncəbay reanimasiyadadır

Şou-Biznes

Türkiyəli müğənni Orxan Gəncəbay xəstəxanaya yerləşdirilib.

"Hürriyet”ə istinadən xəbər veririk ki, ifaçı sinəsində ağrı şikayəti ilə xəstəxanaya gedib. Həkimlər müayinədən sonra Gəncəbayın ürəyinə stend qoyub.

Müğənni hazırda reanimasiyadadır. Səhhətinin normal olduğu bildirilir.