"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu” (FOTO)
- 17-04-2019, 18:35
- 3 651
"İnstagram"da verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:
"Bilirəm Avropa ölkələri hansılardır və Amerikanın paytaxtı haradır (Nyu-Yorkdur). Kimlərsə reytinq xatirinə mənim karyerama zərbə vurur".
Görünür, göz düzəldən yerdə qaş çıxardan Şəbnəm xanım Amerikanın paytaxtının Vaşinqton olmasından xəbərsizdir.
Şəbnəm xanım "karyera" sözünün əvəzinə isə "koryera" işlətməsi isə diqqətdən yayınmayıb.
(Yeni Sabah)