Anar yeni krem icad etdi: "Dünyada satılacaq, 300 avroya"
- 9-04-2019, 14:05
- 1 187
Aparıcı, əməkdar artist Dilarə Əliyevanın stilistə "Elə bir vasitə var ki, o, ancaq səndədir. Qırışları açmaq üçün bir vasitədir" sözlərinə Anar belə cavab verib:
"Böyük səslənsə də, bir vasitə icad etdim. Ondan ancaq məndədir. Satışda 2019-cu ilin sonu, 2020-ci ildə olacaq. Dünyaca məşhur markalar onu "Made in Azerbaijan" adı ilə alacaqlar. Əvvəl olurdu İtaliya, Fransa məhsulu. İndi eyni şirkətlər Azərbaycan adı ilə buraxacaqlar.
Həmin satışdan yalnız 5 faiz gəlir mənim olacaq. 95 faiz şirkətindir. Qiyməti 250-300 avro arası olacaq".