Şəbnəm və Tolikdən Təranə Qumrala sərt sözlər... - "Qələt edir! Yalançı, alça alıb...”
- 14-03-2017, 13:47
- 5 478
Gecə saatlarında sosial şəbəkədə canlı yayımda olan prodüsser Tarix Əliyev müğənnini tənqid edib:
“Mən eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin 720 manata toya getdiyini bilmirəm. Amma 720 manat alçaya veribsə, ona ar olsun. O, 720 manatı gedib 10 ailə üçün qəşəng bazarlıq edib, savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydi. Səviyyəni almaq olmur!”.
Tolikin bu sözlərinə münasibət bildirən digər müğənni Şəbnəm Tovuzlu belə bir şərh yazıb: “Öldüm gülməkdən... Qələt edir! Yalançı, alça alıb...”.
Tolik isə Şəbnəmlə razılaşdığını söyləyib:
“Şəbnəm, ölürlər yekəbaşlıq etmək üçün. Ay aman, evimdə 720 manatlıq alça var... Allah bizim bəzi müğənnilərə ağıl versin!”