Leyla Ramazanlı iş adamına ərə gedir

Şou-Biznes

Müğənni Leyla Ramazanlı ərə gedir. İfaçının toyu aprelin 12-də şəhər otellərinin birində baş tutacaq.

Ramazanlı gələcək həyat yoldaşı haqqında açıqlama verib: “7 ildir ki, Kamranla bir-birimizi tanıyırıq. Özünün biznesi var, reklam agentliyinin direktorudur. Sənət həyatımda mənə dəstəkdir, kliplərimi o çəkib. Məni və sənətimi sevən biri ilə həyatımı birləşdirirəm. Doğmalarımı və dostlarımı şad günümdə görməkdən məmnun olacağam. Hər kəsə xoşbəxtlik arzu edirəm”.

Qeyd edək ki, müğənninin toyu mediaya açıq olacaq.

Musavat.com