Anası Kamilin həbsindən danışdı: "Qanun qarşısında cavab verəcək"
- 12-03-2019, 14:27
- 2 660
Lent.az-a açıqlama verən S.Zeynallı bildirib ki, K.Zeynalının həbs olunma xəbəri düzdür:
“Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.
Qeyd edək ki, Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.