“Böyrək köçürmədən sonra ana olan ilk qadınam”
- 11-03-2017, 10:40
- 2 041
Bu sözləri Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.
ATV-nin aparıcısı bildirib ki, Azərbaycanda böyrək köçürmədən sonra dünyaya övlad gətirən ilk qadındır:
“Deməli, belə məsləhət imiş, Rəbbim dünyanın ən gözəl hədiyyəsi- Diləyi verəcəkmiş. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım.
Bu özəlliyimə görə çox şanslı bəndəyəm. Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək”.