“O uşaq biz ailəli olarkən doğulub” - Fərdaya şok ittiham
- 24-01-2019, 15:51
- 1 287
O, aktyorun onunla evli olarkən indiki həyat yoldaşından övlad dünyaya gətirdiyini bildirib. G. Xudaverdiyeva Fərdanın ona xəyanət etdiyini iddia edərək həmin xanıma görə ailəsinin dağıldığını qeyd edib:
“Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib.
O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz”.
Qeyd edək ki, Fərda ötən gün instaqramda birinci və ikinci nikahından dünyaya gələn övladlarının şəklini paylaşaraq “Mətinim, Aminim, Raulum”, - şərhini yazmışdı.