“Eşşək arabası ilə gəzməyəcəm ki…” - 100 minlik avtomobilin sahibi

Şou-Biznes

Xalq artisti Nəzakət Teymurova 100 minlik avtomobilindən danışıb.

O, açıqlamasında “Porsche Cayenne” 90 NT 232 dövlət nişanlı avtomobilini 5 il bundan əvvəl aldığını qeyd edib.

“Nə sənətim, nə də özüm bu xırdalıqla uyğunlaşmırıq. Mən adımın belə məsələlərdə hallandırılmasının tərəfdarı deyiləm. 20 ildir maşın sürürəm. Maşının qiyməti də 100 min deyil, o qiymətə alınmayıb. Şişirdilmiş qiymətdir. Burada qeyri-adi heç nə yoxdur. Dünən səhnəyə gələn uşaq da bu maşından sürür.”

Nəzakət Teymurovanın sözlərinə görə, onun sənəti 100 minlik avtomobildən daha dəyərlidir:

“Burada qeyri adi nə var?! Bir də eşşək arabası ilə gəzməyəcəm ki. İlhamə Quliyeva demişkən deyəsən çaşırlar.”