“Maşın şou”nun qalibi Xəyalə: “Maşınımı niyə vermirlər?”

Şou-Biznes

“Maşın şou”nun qalibi Xəyalə Quliyeva gözlənilməz açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, şounun iştirakçıları “5-ci element” verilişinin qonağı olublar.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva həmin verilişin kadrarxası görüntülərini sosial şəbəkədəki səhifəsinə yükləyib.
Videoda aparıcı Xəyalə “Maşınımı vermirlər. Niyə?” deyə sual edib. Ruhəngiz Allahverdiyeva isə onu ümidləndirməyə çalışıb: “Verərlər”.