Müğənnilər birinci xanımla selfi çəkdirdi - Fotolar

Şou-Biznes

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta Palace”də ənənəvi Yeni il şənliyi təşkil olunub. Bu gün baş tutan tədbirdə 1-ci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.

Birinci xanım mərasimdən sonra ölkənin tanınmış incəsənət nümayəndələri ilə bir araya gəlib, onlarla söhbət edib.

Müğənnilər isə Mehriban Əliyeva ilə selfi çəkdirərək sosial şəbəkədə paylaşıblar.